Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:07

3 gündür ki, Yerevandakı polis bölməsini tutan silahlılarla danışıqlar aparılır.

Şəhərin küçələrinə əlavə polis qüvvələri çıxarılıb, reydlər keçirilir.

İyulun 18-i axşam saatlarından Yerevanın mərkəzindəki “Azadlıq” meydanında ölkədə siyasi islahatlar aparılması və hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib.

Yerli mətbuatın yazdığına görə, aksiyaçıların bir qismi, bu günlərdə polis məntəqəsinin tutulmasını dəstəkləyib və ora tərəf hərəkət etməyə başlayıblar.

Polis onların qarşısını kəsəndə, toqquşma baş verib.

Silahlı adamlar iyulun 17-i səhər saatlarında patrul-post xidmətinin bölməsini zəbt ediblər.

Nəticədə 1 zabit həlak olub, ikisi isə yaralanıb.

3 gündür ki, onlarla danışıq aparılır.

Bazar günü 2, bazar etəsi isə 3 girov azad edilib.

Hücumçular müxalifətdə olan “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Sefilyan iyunda silah gəzdirmə ittihamı ilə həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG