Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:08

Alma-atıda baş verən atışmada ölənlərin sayı 6 nəfərə çatıb


Foto arxiv

Foto arxiv

Alma-atıdakı polis bölməsində baş verən atışmada ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə şəhər daxili işlər idarəsi xəbər verir.

7 ağır yaralılardan daha biri xəstəxanada keçinib.

Naməlum silahlı adam iyulun 18-də Almalı rayonundakı polis bölməsinə hücum edib.

O polis əməkdaşını yaralayaraq avtomat silahını ələ keçirib.

Atışma zamanı bir neçə nəfər həlak olub, hücum edən isə yaralanaraq ələ keçib.

Qazaxıstanın daxili işlər naziri Kalmuxanbet Qasımovun sözlərinə görə, hücum edən ifadə verərkən etiraf edib ki, məqsədi hüquq-mühavizə orqanlarının əməkdaşlarından qisas almaq olub, hakim və prokurorları öldürmək istəyib.

İstintaqın məlumatına görə, sələfi olan həmin şəxs əvvəllər mühakimə olunub.

Bundan əvvəl o bir qadını küllələyərək maşınını qaçırıb.

Prezident Nursultan Nazarbayev bunu terror aktı adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG