Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 21:02

Bu il Venesuelada inflyasiya 480 faiz, 2017-ci ildə 1640 faiz olacaq.

Bu, Beynəlxalq Valyuta Fondunun proqnozudur. Bu barədə yazan The Wall Street Journal qeyd edir ki, Fond Venesuelada ən adi malların qıt olduğunu bildirir. Bunun da səbəbi möhkəm valyuitanın olmamağıdır.

Venesuela BVF ilə əməkdaşlığı 10 il qabaq dayandırıb.

Neftin qiyməti düşəndən sonra valyuta qıtlığı ilə üzləşən Venesuela 3-cü ölkələrdə maliyyə axtarır. Keçən il Çin Venesuelaya 10 milyard dollar kredit verdi.

Venesuelada iqtisadi böhranla mübarizəni... müdafiə nazirinə tapşırlblar. Nazirlik dəniz limanlarına nəzarəti əlinə alıb. Hərbçilər zəruri malların bölüşdürülməsinə də nəzarət edəcək. İqtisadiyyata məsul şəxs hazırda general Padrino Lopesdir.

Dövlət məcbur olub Kolumbiya ilə sərhəddi açıb ki, insanlar gedib orda ərzaq və dərman ala bilsinlər. 10 mindən çox adam Kolumbiyaya bazarlığa gedir.

Hökumət iş həftəsini büdcə təşkilatlarında iki günə salıb ki, işığa qənaət edilsin.

XS
SM
MD
LG