Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:27

-

İyulun 18-də ABŞ-da Respublikaçılar Partiyasının qurultayında mümkün namizəd Donald Trump-ın həyat yoldaşı Melania Trump çıxış edib.

O, ərinin bütün Amerika xalqını, irqindən, dinindən və gəlirindən asılı olmayaraq, təmsil edəcəyini söyləyib.

Donald Trump müsəlmanlar və miqrantlarla bağlı ziddiyyətli bəyanatlarla ad çıxarıb. Amma görünür, Melania-nın məqsədi ərinin bu imicini düzəltmək olub.

“Donald bütün xalqı təmsil etmək niyyətindədir, xalqın bir hissəsini deyil”, o deyib.

Melania sloveniyalı immiqrant və keçmiş modeldir.

Amma çıxışından dərhal sonra onu plagiatlıqda suçlandıranlar tapılıb. Belə ki, iki yerdə birinci ledi Michelle Obama-nın 2008-ci ildə Demokratların Qurultayındakı çıxışını yada salıb, bəzi ifadələr tamamilə eynidir.

Trump-ın namizədliyinin bu həftə rəsmən təsdiqlənəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG