Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:39

Evindən “İŞİD” bayrağı tapıldı


Polis hadisə yerində, 18 iyul, 2016-cı il

Polis hadisə yerində, 18 iyul, 2016-cı il

-

Almaniya polisi Bavariyada qatarda sərnişinlərə baltayla hücum etmiş 17 yaşlı əfqanın evindən İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının əllə çəkilmiş bayrağı tapıldığını söyləyir. Həmin şəxs iyulun 19-da polis tərəfindən güllələnib.

Bavariya ştatının daxili işlər naziri Joachim Herrmann deyib ki, hücum edənin İŞİD üzvü olduğu, yaxud özbaşına radikallaşdığını söyləməyə tezdir.

Polisin məlumatına görə, yeniyetmə sərnişinlərə baltayla hücum çəkərək "Allahu akbar" qışqırıb. O, beş nəfəri yaralayıb, ikisinin durumu ağırdır.

Honq Konqdan bir ailənin yaralılar içində olduğu bildirilir.

Həmin şəxs iki il öncə valideynləri ilə birlikdə Almaniyaya gəlib, əvvəl qaçqın mərkəzində, son zamanlar isə himayəçi ailədə yaşayırmış.

Hadisənin baş verdiyi dəmiryol xətti bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG