Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:51

Vaqonlar relsdən çıxıb -Bakıda


Qatar
Qatar

Bu gün Ziya Bünyadov prospekti ilə Binəqədi şosesini birləşdirən «Baksol» adlanan ərazidə yük vaqonlarının relslərdən çıxaraq aşdığı bildirilir.

«Report»un xəbərinə görə, yük vaqonlarının aşması ərazidə hərəkətin məhdudlaşmasına səbəb olub.

«Azərbaycan Dəmir Yolları» QSC-dən bildiriblər ki, relslərdən çıxan vaqonlar əvvəlcə «Baku Steel Company» MMC-yə yola salınıb. Yük boşaldıldıqdan sonra vaqonlar təyinatı üzrə Keşlə dəmiryol stansiyasına qaytarılıb.

«Dəmiryol keçidində iritonnajlı yük maşını qabaritinə uyğun olmayan şəkildə dayanıb və qarşıdan gələn yük vaqonlarına toxunub. Nəticədə iki vaqonun hər birinin təkər cütü düşüb. Artıq əraziyə lazımi qüvvələr cəlb edilib. Bağlanan yolda hərəkət bərpa olunacaq», - deyə QSC-dən bildiriblər.

XS
SM
MD
LG