Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 15:50

Bakının 7 rayonuna suyun verilməsinin fasilələrlə dayandırılacağı bildirilir. Buna səbəb kimi şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verdiyi göstərilir. Bu barədə «Azərsu» ASC məlumat yayıb.

Məlumatda qeyd edilir ki, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq . Abonentlərin su təchizatının fasiləli (qrafik) rejimə keçiriləcəyi qeyd edilir. Ancaq məhdudiyyətlərin nə vaxtdan qoyulacağı açıqlanmır.

Bundan əvvəl Abşeron rayonunda Xırdalan dairəsi və Sulutəpə qəsəbəsinə bir həftəyə qədər su verilməmişdi. Onda isə bu, xətlərdə təzyiqin aşağı olması ilə izah edilmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda 39 dərəcə isti var.

XS
SM
MD
LG