Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:59

Atəşkəslə bağlı 19 iyul açıqlaması


Erməni əsgər
Erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 11 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin də vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Ağdam, Goranboy və Xocavənd rayonları istiqamətlərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə iri hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG