Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:43

Respublikaçıların qurultayı başlanıb


Respublikaçılar Partiyasının mümkün prezidentliyə namizədi Donald Trump

Respublikaçılar Partiyasının mümkün prezidentliyə namizədi Donald Trump

-

İyulun 18-də ABŞ-da Respublikaçılar Partiyasının qurultayı başlanıb. Ohayo ştatının Klivlend şəhərində start götürən dörd günlük qurultayda Donald Trump-ın partiyadan prezidentliyə rəsmi namizəd kimi təsdiqlənəcəyi gözlənir.

Qurultayın ilk günündə Trump-ın əleyhinə olanlar nominasiya qaydalarının dəyişdirilməsinə, digər namizədi dəstəkləmək imkanının qaytarılmasına cəhd göstəriblər. Amma partiya liderləri elan edib ki, opponentlər yetərli səsi qazana bilməyiblər. Bundan sonra bəzi nümayəndələr qurultayı tərk ediblər. Trump tərəfdarları isə etiraz səslərini “Ar olsun!” qışqırmaqla yatırmağa çalışıblar.

Donald Trump həyat yoldaşı Melania Trump ilə qurultay səhnəsində

Donald Trump həyat yoldaşı Melania Trump ilə qurultay səhnəsində

Milyarder biznesmen olan Trump heç vaxt dövlət qulluğunda olmayıb. O, kobud ritorikasıyla ad çıxarıb, ABŞ-da siyasi sistemin “saxta” olduğunu deyir.

Trump ənənəvi respublikaçıların dəstəyini qazanmağa çalışır. Amma partiya daxilində ona qarşı “Never Trump” (Trump heç vaxt olmasın) adlı hərəkat da yaradılıb. Özü ötən həftə həmin hərəkatın öldüyünü elan edib, "Twitter” sosial şəbəkəsində yazıb ki, “#NeverTrump daha yoxdur”.

Qurultayın iyulun 21-də bitəcyi, Trump-ın çıxışı gözlənir.

XS
SM
MD
LG