Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

-

Türkiyə Prezidenti Recep Tayyip Erdogan ABŞ-dan ilahiyyatçı Fethullah Gulen-in ekstradisiyasını tələb edir, onu ötən həftəki çevriliş cəhdində suçlayır.

“Bizim cinayətkarların ekstradisiyasına dair qarşılıqlı anlaşmamız var”, Erdogan iyulun 18-də CNN televiziyasına müsahibəsində deyib. “Onun ABŞ vətəndaşı olmasına baxmayaraq, bu məsələlərdə qarşılıq anlaşma olmalıdır. ABŞ belə bir terrorçunu saxlamamalıdır. Birləşmiş Ştatlar həmin şəxsi Türkiyəyə təhvil verməlidir.

Erdogan deyib ki, hökuməti tezliklə rəsmi ekstradisiya müraciəti edəcək.

ABŞ-ın dövlət katibi John Kerry daha öncə bildirib ki, Vaşinqton həmin ekstradisiyanı nəzərdən keçirə bilər, amma bundan ötrü “iddialar” deyil, “sübutlar” lazımdır.

ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gulen isə iyulun 18-də bir daha çevrilişdə əli olmadığını söyləyib və inamını bildirib ki, ABŞ onu Türkiyəyə verməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG