Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil haqqını dövlət ödəyəcək.

President.az saytının xəbərinə görə, bununla bağlı iyulun 18-də ölkə başçısı fərman verib. Həmin fərmanla hələ 5 il əvvəl verilən «Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında» prezidentin sərəncamına dəyişiklik edilib.

Dövlət başçısının digər fərmanı ilə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanların uşaqlarına da bu imkan tanınacaq. Habelə, Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olan, itkin düşən və məhkəmənin ölmüş elan etdiyi vətəndaşların uşaqlarının da magistraturada təhsil haqları ödəniləcək.

İndiyə qədər köçkün uşaqlarına yalnız ali məktəblərdə maddi güzəşt edilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG