Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:14

-

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Rusiya futbolunda dopinqdən istifadə hallarıyla bağlı “uyğun addımlar” atacaq. İyulun 18-də Ümumdünya Antidopinq Agentliyinin (WADA) yaydığı hesabatda iddia olunur ki, Rusiyanın idman naziri Vitaly Mutko nəzarət şurasında oturaraq futbolçuların dopinqdən istifadəsinin ört-basdır edilməsinə göstəriş verib.

Kanadalı vəkil Richard McLaren-in hazırladığı hesabatda bildirilir ki, Moskva müxtəlif idman növləri, eləcə də idmanla məşğul olan atletlərin dopinqdən istifadə hallarını gizlədib.

FIFA deyir ki, WADA-dan Rusiya futbolunda dopinq hallarıyla bağlı bütün detalları istəyəcək. “FIFA bu məlumatı əldə edən kimi növbəti addımları atacaq”.

Rusiya Baş naziri Dmitry Medvedev isə idman nazirinin müavini Yury Nagornykh-i vəzifədən kənarlaşdırıb. Onun adı dopinq hesabatında çəkilir. Qeyd olunur ki, WADA-nın hesabatında adı hallanan rəsmilərlə bağlı təhqiqat bitənədək o, vəzifədən kənar qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG