Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 17:58

"Barselona" Lionel Messiyə yeni müqavilə təklif edib.

İspaniya mətbuatının yazdığına görə, klub onunla müqavilənin müddətini 2021-ci ilə qədər uzatmaq istəyir.

Əgər Messi ilə yeni müqavilə imzalansa onun təzminat qiyməti də arta bilər.

Hazırda bu 250 milyon avrodur.

Qeyd edək ki, bundan əvvəl vergi qalmaqalına görə onun "Barcelona"dan getmək istədiyi barədə xəbərlər dolaşırdı.

İspaniya mıhkəməsi bu günlərdə Lionel Messi və onun menenceri olan atasını 20 aylıq həbs cəzasına məhkum edib.

Amma İspaniya qanunlarına görə cəza 24 aydan artıq olmadığına görə, icbari sayılır.

Lionel Messi “Barselona”da 2004-cü ildən oynayır.

Bu müddət ərzində o, 6 dəfə İspaniya çempionu, iki dəfə ölkə kuboku və 6 dəfə Superkubokun sahibi olub. Messi "Barselona" ilə 3 dəfə Çempionlar Liqası, iki dəfə UEFA Superkuboku və dünya klub çempionatının qalibi olub.

Bundan başqa o 5 dəfə "Qızıl top" mükafatına layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG