Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 14:33

Nitsa sakinləri iyulun 18-də Fransanın baş naziri Manuel Vallsı fitə basıblar.

Bu iyulun 14-də törədilən terror qurbanlarının anım mərasimi zamanı baş verib.

Kütlə onu və yerli siyasətçiləri istefa verməyə çağırıb.

Parisdə keçirilən anım mərasimində isə prezident Francois Hollande və daxili işlər naziri Bernard Cazeneuve iştirak edib.

Qeyd edək ki, iyulun 14-də Nitsa sahilindəki bulvarda törədilən hücumda 84 nəfər ölüb.

Şəhər sakinləri həmin vaxt Bastiliya qalasının alınması gününü qeyd edirmişlər.

Bu hücuma görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Terrorçu 25 tonluq yük maşınını 2 kilometrlik bulvarda kütlənin üzərinə sürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG