Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 16:06

-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qarşıda gözlənilən isti havalarla bağlı işəgötürənlərə müraciət edib.

Müfəttişlik Əmək Məcəlləsi-nin uyğun maddələrinə əsasən yada salır ki, istilik 41 dərəcədən çox olduqda açıq havada, sərinləşdirici qurğular olmayan örtülü binalarda bütün növ işlərin görülməsi dayandırılmalıdır.

“Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləmək üçün fasilələr verilməli, fasilələr zamanı əmək haqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır”, xəbərdarlıqda deyilir.

Müfəttişlik işəgötürənlərə müraciət edərək, istilik 41 dərəcədən çox olduqda, işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edir.

Milli Hidrometeorologiya Departamenti yaxın günlərdə ölkə ərazisinin bəzi yerlərində havanın temperaturunun 43 dərəcəyə çatacağı barədə xəbərdarlıq edib. Departamentin məlumatına görə, isti hava avqustun 15-nə kimi davam edəcək.

XS
SM
MD
LG