Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:25

Yerevanda silahlı fəalların zəbt etdiyi polis məntəqəsindən daha 1 girov azad edilib.

Bu sayca azad edilən 3-cü girovdur.

Bu barədə iyulun 18-də Ermənistanın təhlükəsizlik xidməti məlumat verib.

Bir qrup silahlı iyulun 17-də Erebunidəki polis qərargahına hücum edib.

Nəticədə 1 polis polkovniki öldürülüb, 4 nəfər yaralanıb.

Onlar «Təsis Parlament» adlı hərəkatın fəallarıdır.

Son məlumatlara görə onların əlində hələ də 3 girov var.

Polis rəisinin müavini Vartan Egiazaryan və Yerevan polis rəisinin müaviniValeri Osipyanın da onların arasında olduğu bildirilir.

“Təsis parlamenti” nin üzvləri ötən həya hərəkatın həbs edilmiş lideri Jirayr Sefilyan və onun bir neçə tərəfdarının azad edilməsini tələb edirlər.

Bu hərəkat həmçinin Prezident Serj Sarkisianın istefasını tələb edir.

Ermənistan hakimiyyəti tələbi rədd eləsə də onlarla danışıqlar davam etdirilir.

Xüsusi təyinatlı qüvvələr binanı mühasirəyə alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG