Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:39

İsa Qəmbər: Türkiyədə baş verənlərdən nəticə çıxarmaq lazımdı


Türkiyə
Türkiyə

►Erkin Qədirli: Bizdə demokratiyanın “d”-si belə yoxdur

Türkiyədə hərbi çevriliş cəhdi ilə tutulanlar 7500-ü keçdi, 103 general və admiral həbs olunub.

Türkiyədəki hadisələrdən Azərbaycan hansı nəticələri çıxartmalıdır?

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyir ki, Türkiyədə baş verən hadisələrdən nəinki Azərbaycan, bütün ölkələr nəticə çıxarmalıdırlar:

“Türkiyədəki hadisələr hamımıza yaxşı bəlli olan müəyyən həqiqətləri bir daha təsdiq etdi. Təbii ki, Türkiyədə baş verən hadisələrdən nəticə çıxarılmalıdır. Azərbaycan da, digər dövlətlər də, ölkələr də nəticə çıxarmalıdırlar. Elə dünən Ermənistanda baş verən hadisələr kiçik miqyasda da olsa Türkiyədə baş verən hadisələrin oxşarı idi.

Isa Qəmbər
Isa Qəmbər

Ilk növbədə Türkiyənin yetkililəri, dövlət adamları, siyasi və aparıcı ictimai qüvvələri nəticə çıxarmalıdırlar. Azərbaycana və dünyaya gəldikdə isə çıxarılacaq nəticələr bəllidir.

Demokratiya və qanunun aliliyi hər şeydən önəmlidir. Xalq tərəfindən seçilmiş hakimiyyət yalnız xalq tərəfindən seçki yolu ilə kənarlaşdırıla bilər. Və yaxud əgər xalqın seçki yolu bağlanıbsa, onun dinc şəkildə hakimiyyəti dəyişdirmək hüququ var.

Hərbi çevrilişlər, silahlı çevrilişlər düşünürəm ki, 20-ci əsrdə qalmalıdır, 21-ci əsrdə, yeni dönəmdə buna əl atılmamalıdır. Və Türkiyədəki hadisələr azad medianın önəmini, yeni kommunikasıya imkanlarının önəmini, vətəndaş cəmiyyətinin, azad müstəqil düşünə bilən insanların, cəmiyyətin önəmini bir daha vurğuladı. Və bunu Türkiyədə də, Azərbaycanda da, hər yerdə hər kəs nəzərə almalıdır”.

İsa Qəmbər: "Hərbi çevrilişlər 20-ci əsrdə qalmalıdır"
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00
Direct-ə keçid

DÜNYƏVİLİYİ, CUMHURİYYƏTÇİLİYİ GÜCLƏNDİRMƏK

REAL Hərəkatının idarə heyətinin üzvü Erkin Qədirli isə düşünür ki, Azərbaycan bu hadisələrdən nəticə çıxararaq dünyəviliyi və cumhuriyyətçilik ənənələrini gücləndirməldir:

“Azərbaycan üçün burdan çıxarılacaq nəticə odur ki, Azərbaycan dünyəviliyi, cumhuriyyətçiliyi gücləndirməlidir. Azərbaycan Cumhuriyyətinin qurulduğu illərdə olan ideoloji mühit hesabına o zaman hətta Türkiyəyə örnək ola bilirdi. Türkçülük, cumhuriyyətçilik kimi ideyalar burdan ora getdi. Bəlkə də tarixin istehzasıdır. bəlkə də çoxları üçün qəribə gələ bilər. Amma kim bilir, bəlkə də Azərbaycan yenidən Türkiyə üçün dünyəvilik və cumhuriyyətçilik baxımından örnək ola bildi. Türkiyədə gedən proseslərdən heç xoşum gəlmir. Bu son olaylar da göstərdi ki, Türkiyənin cəmiyyəti proqressiv düşüncələrlə düşünmür. Demokratik seçki olsa da o, demokratiyanın güclənməsinə xidmət etmir.

Erkin Qədirli
Erkin Qədirli

Azərbaycanın problemi başqadır. Bizdə demokratiyanın “d”-si belə yoxdur. Amma dünyəvilik var, dünyaya açıqlıq var, dünyagörüşü var. Yeni ideyalara açıq cəmiyyətik. Bunun üzərində çox şey qurmaq olar. Amma dünyəviliklə, cumhuriyyətçiliyi gücləndirmək lazımdır”.

DEMOKRATİK SİSTEM OLSA...

Siyasi şərhçi Rauf Mirqədirovun fikrincə Azərbaycanda demokratik sistem qurularsa o qarşısında duran bütün problemləri çözə bilər:

“Əslində Türkiyədə yox, son dövrlər Azərbaycanda baş vermiş hadisələr bizim üçün örnək olmalıdır. Məsələn Milli Təhlükəsilik Nazirliyinin, Beynəlxalq Bankın, Rabitə Nazirliyində baş vermiş hadisələr kifayət qədər geniş miqyas almış problemlərdir. Bu çox ciddi təlatüm idi Azərbaycan üçün. Əgər Azərbaycanda demokratik cəmiyyət kifayət qədər güclü olsaydı siyasi sistem üçün təlatümləri olardı.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Türkiyə hadisələrində isə biz bir şeyi özümüz üçün aydınlaşdırmalıyıq ki, sabit, siyasi institutlara arxalanan bir demokratiya qurmalıyıq. Gec-tez qurmalıyıq. Türkiyənin problemlərindən biri o idi ki, mövcud siyasi sistem qarşıda duran problemləri həll etmək iqtidarında deyil.

Azərbaycanın qarşısında Qarabağ münaqişəsini çıxmaq şərti ilə Türkiyədəki kimi elə ciddi problemlər durmur. Qarabağ məsələsi isə tamam başqa müstəvidə həll olunur. Biz elə bir sistem yaratmalıyıq ki, o sistem qarşıda duran problemləri həll edə bilsin. Onun üçün qeyri-standart, fors-major variantlara əl atmaq zərurəti yaranmasın. Cəmiyyətdə belə bir istək, belə bir zərurət yaranmasın.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG