Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Türkiyədə ğursuz qiyamdan sonra 7500-dən çox polisin saxlandığı, onlardan şəxsi silahlar və vəsiqələrin alındığı bildirilir.

Bu barədə iyulun 18-də Anadlou agentliyi məlumat yayıb.

Bundan baıqa 81 vilayətdən 30-nun valisi, habelə 47 rayonun rəhbəri işdən kənarlaşdırılıb.

Prezident Racep Tayyip Erdoğan ölkədə ölüm hökmünün bərpası məsələsinə baxılacağını bəyan edib.

Rəsmi məlumata görə iyulun 15-də qaldırılan hərbi qiyamda 145 mülki sakin də daxil olmaqla 208 adam ölüb, 1500-dək adam isə yaralanıb.

ABŞ Dövlət katibi John Kerry Türkiyə hakimiyyətini bütün ölkə boyu sabitliyi qorumağa, demokratik institutlar və qanunun aliliyinə hörmətlə yanaşmağa çağırıb.

Almaniya isə xəbərdarlıq edib ki, əgər Türkiyə ölüm hökmünü bərpa eləsə onunla Avropa Birliyinə üzvlük danışıqları dayandırıla bilər.

Türkiyə hakimiyyəti hesab edir ki, uğursuz qiyamın arxasında hazırda ABŞ-da yaşayan Fethullah Gulen durur.

Türkiyə onun verilməsini tələb edir.

Dövlət katibi John Kerry isə onlara bununla bağlı rəsmi müraciət daxil olmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG