Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

İyulun 18-də Qazaxıstanın Almatı şəhərində naməlum adamlar polis və milli təhlükəsizlik xidmətinin bölmələrini atəşə tutublar.

Nəticədə 3 polis və 1 mülki şəxs həlak olub, bir neçə nəfərsə yaralanıb.

Şəhərdə terror təhlükəsinin dərəcəsi ən yuxarı həddə qaldırılıb və antiterror əməliyyatı keçirilir.

Daxili işlər nazirliyinin məlumatına görə, Almalı rayonunda 1 yaraqlı avtomat silahla polis bölməsini atəşə tutub.

Ölənlərdən başqa həmçinin azı 5 polis əməkdaşı xəsarət alıb.

Polis onu təqib edərkən, yaraqlı şəhər sakinlərindən birinin maşınını götürüb qaçmaq istəyib və bu vaxt maşının sahibi aldığı yaradan yerindəcə keçinib.

Daxili işlər nazirliyi 27 yaşlı 1 şübhəlinin yaxalandığını bildirir.

Qızılyurd vilayətindən olan həmin şəxs ötən istirahət günlərində 1 qadının qətlində şübhəli bilinir.

Hücum edənlər iki nəfər olub və hazırda digərinin axtarışı gedir.

Hakim dairələr onların qatı islamçılar olduğunu güman edir.

İyunun əvvəllərində Qazaxıstanın Aktobe şəhərində silahlı qrupla baş verən atışmada onlarla adam ölüb.

Onlar hərbi hissə və silah mağazasına şücum etmişdilər.

Mayda isə polis bir neçə şəhərdə hökumətə qarşı keçirilən aksiyaları dağıdıb.

Milli təhlükəsizlik nazirliyi bu gərginliyə görə Çimkentdən olan rusiyapərəst pivə maqnatını günahlandırır.

O ilyarımdır ki, həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG