Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:38

-

Bu ilin ilk yarısında Azərbaycanın 7 milyard 868 milyon 693.64 min ABŞ dolları dəyərində ticarət əməliyyatları olub. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, ticarət əməliyyatları keçən ilin analoji dövrünə nisbətən 28.05 faiz azalıb.

İdxal 4 milyard 47 milyon 231.98 min dolları olub. Bu da keçən ilin eyni dövrünə nisbətən 13.98 faiz azalma deməkdir. İxrac isə 38.67 faiz azalaraq, 3 milyard 821 milyon 461.66 min dollara düşüb.

Yanvar-iyun aylarında xarici ticarətdə mənfi saldo 225 milyon 770.33 min dollara çatıb. İyunda isə ixrac idxalı üstələyib. Son bir ayda idxal 716 milyon 18.07 min , ixracı 772 milyon 527.26 min , saldo isə müsbət 56 milyon 509.19 min dollar təşkil edib.

Ötən ay idxal may ayı ilə müqayisədə 21 milyon 366 min dollar azalıb. Əvəzində ixrac isə 172 milyon 620 min dollar artıb. Nəticədə may ayından fərqli olaraq iyunda xarici ticarətdə müsbət saldo yaranıb. İxracın artmasına gəlincə, burada əsas rolu qara metallar və onlardan hazırlanan məmulatlar oynayıb. Ötən ilin analoji dövrü ilə müqayisədə, bu ilin 1-ci yarısında sözügedən malın artımı 293.58 faiz olub. Digər artım, yalnız 2 məhsulda olub: pambıq iplik (81.58 faiz) və meyvə-tərəvəz (32.66 faiz).

Xarici ticarətdə mənfi saldo o deməkdir ki, ölkədən çıxan valyuta, ölkəyə gələn valyutadan daha çox olur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG