Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:36

“Türkiyədə 103 general və admiral saxlanıb”


İstanbul, 18 iyul, 2016-cı il

İstanbul, 18 iyul, 2016-cı il

-

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 103 general və admiral saxlanıb. Bu barədə “Anadolu” informasiya agentliyi iyulun 18-də yazıb.

6 mindən çox saxlanan var.

Prezident Recep Tayyip Erdogan “təmizləmə” əməliyyatının davam edəcəyini bildirib.
Xeyli sayda polis zabiti, vali, hakim vəzifəsindən uzaqlaşdırılıb.

Müxalifətdə duran Cümhuriyyət Xalq Partiyası (CHP) iyulun 18-də yaydığı bəyanatda hakimiyyəti çevriliş cəhdinə qarşı hüquq çərçivəsində addım tədbir görməyə çağırıb. Partiya çevrilişdə şübhəli bilinənləri məhkəmə qarşısına çıxarmağa səsləyib. CHP həmçinin ordunu düşmən kimi təsvir etməməyə çağırıb.

Bu arada vertolyotla Yunanıstana getmiş 8 türkiyəli hərbçi iyulun 18-də İsgəndəriyyə şəhərində məhkəmə qarşısına çıxarılacaq. Onlar ölkəyə qanunsuz girməkdə ittiham olunur.

Həmin hərbçilər Yunanıstandan sığınacaq istəyib, amma Türkiyə onları geri istəyir.

Səudiyyə Ərəbistanında Türkiyənin Küveytdəki hərbi attaşesi saxlanıb. O da çevriliş cəhdində əli olmaqla şübhəli bilinir.

Rəsmlər hadisə zamanı 294 nəfərin həlak olduğunu,oOnlardan 100-ü çevriliş cəhdində iştirak etdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG