Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:27

Azərbaycan idman dövlətidir - Prezident


İlham Əliyev və cüdoçu İlham Zəkiyev
İlham Əliyev və cüdoçu İlham Zəkiyev

«Azərbaycan idmanının inkişafı bizim ümumi inkişafımızın göstəricisidir».

İyulun 18-də Azərbaycan idmançılarını Rio-de-Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına yola salan ölkə başçısı İlham Əliyev belə deyib.

Bu haqda AZƏRTAC xəbər verir.

2012-ci ildəki olimpiya oyunları ilə müqayisədə budəfəki mötəbər yarışlara Azərbaycandan daha çox idmançının lisenziya qazandığını deyən ölkə başçısı bu sahədə görülən işlərdən danışıb.

«Azərbaycan idman dövlətidir. Bunu dünyanın bütün idman ictimaiyyəti bilir, qəbul edir. Azərbaycanda idman, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik», - İlham Əliyev deyib.

O vurğulayıb ki, düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycan cəmiyyətində önəmli bir ictimai amilə çevirib.

«Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var, idmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançıların uğurları və onlara göstərilən dövlət qayğısıdır», - ölkə başçısı deyib.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-dən 21-nə kimi keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına bu gün Azərbaycandan 57 idmançı qatılıb.

2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarına isə Azərbaycandan 53 idmançı getmişdi. Həmin idmançılardan 2-si qızıl, 2-si gümüş, 6-sı isə bürünc medal qazanmışdı.

Müstəqil idman ekspertləri isə deyirlər ki, ölkədə idmana böyük pulların ayrıldığını nəzərə alanda, heç də göstəricilər yüksək deyil. Onlar bunu vəsaitlərin daha çox beynəlxalq idman yarışlarına xərclənməsi ilə izah edirlər. Ekspertlərin fikrincə, halbuki, əsas diqqət ölkədə idmançıların yetişdirilməsinə yönəldilməlidir. Azərbaycan yığmalarında isə bəzən legioner idmançılara üstünlük verilir.

Masallının idman misalı: Olimpiya İdman Kompleksi

Masallının idman misalı: Olimpiya İdman Kompleksi
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

XS
SM
MD
LG