Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:19

Qazaxıstanda 3 polis əməkdaşı öldürülüb


Almatı, 18 iyul, 2016-cı il

Almatı, 18 iyul, 2016-cı il

-

Qazaxıstanın kommersiya paytaxtı olan Almatıda terror səviyyəsi “qırmızı” həddə qaldırılıb. Hakimiyyət sakinləri evdən çıxmamağa çağırıb. Səbəb iyulun 18-də naməlum silahlıların polis məntəqəsinə hücum edərək azı 3 polis əməkdaşını öldürməsi, bir neçə nəfəri yaralamasıdır. Bir mülki şəxs də həlak olub.

Yerli media polis məntəqəsinə hücumdan yazır. Milli Təhlükəsizlik Komitəsi (KNB) isə Almatıda filiallarından birinin hücuma məruz qaldığını bildirir. Daha bir obyektə hücum barədə məlumat var, amma detallar aydın deyil.

Azı bir hücumçu saxlanıb.

İyunun əvvəlində bir qrup gənc ölkənin şimal-qərbindəki Aktobe şəhərində hücumlar törətmiş, azı 28 nəfər həlak olmuşdu. O vaxtdan ölkədə terror təhlükəsinin səviyyəsi qaldırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG