Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

-

ABŞ-ın Luizana ştatında Baton Ruj şəhərində 3 polis əməkdaşı öldürülüb, azı 3 nəfərsə yaralanıb.

Polis əməkdaşları iyulun 17-də bir silahlının açdığı atəşə cavab verib. Baton Rujun meri Kip Holden NBC News-a belə deyib.

Polis hadisə yerində bir silahlı şübhəlinin öldürüldüyünü bildirir. Polis ilkin olaraq, bir neçə şübhəlinin göründüyünü söyləmişdi. Amma daha sonra polis rəsmisi deyib ki, öldürülən şübhəlinin yeganə silahlı olduğunu düşünürlər.

Polisin sözçüsü Don Coppola ABC televiziyasına müsahibəsində deyib ki, bir neçə polis əməkdaşı güllələnib və xəstəxanaya aparılıb. “İndi durum nəzarətdədir”, o söyləyib.

Daha öncə ABŞ-da polisin ikiqaradərilini öldürməsindən sonra gərginlik yaranıb. Dallasda qaradərili beş polis əməkdaşını qətlə yetirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG