Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:39

Girov götürənlərlə danışıqlar davam edir


Yerevanda müxalifətçi saxlanır, 17 iyul, 2016-cı il

Yerevanda müxalifətçi saxlanır, 17 iyul, 2016-cı il

-

Ermənistan hakimiyyəti «Təsisedici Parlament» hərəkatının fəalları ilə danışıqları davam etdirir. Fəallar iyulun 17-də səhər Yerevanda polis məntəqəsinə basqın edərək girov götürüblər.

Ermənistan polisinin müavini Unan Poqosyanın sözlərinə görə, onlar fəalları tələblərindən əl çəkmək üçün dilə tuturlar.

Hərəkat ötən ay hakimiyyəti zorla devirməkdə təqsirləndirilərək həbs olunmuş liderləri Zhirayr Sefilyan-ın azadlığa buraxılmasını tələb edir, onu və bir neçə silahdaşını siyasi məhbus sayırlar.

Pogosyan deyib ki, polis hücumçuları neytrallaşdıra bilər, amma münaqişənin dinc yolla həlli varsa, danışıqlar aparmaq lazımdır.

Bazar günü Yerevanda müxalifətin onlarla tərəfdarının saxlanması xəbəri gəlib. “Azadlıq” meydanında “Qalx, Ermənistan” vətəndaş təşəbbüsünün üç fəalı saxlanıb: Andrias Gukasian, David Sanasarian və David Ovannisian. Daha bir neçə fəal, eləcə də yaşlı bir neçə nəfər polisə aparılıb. Onlar meydana müxalifətin çağırışına cavab olaraq çıxıblar.

Müxalifətin “İrs” partiyasından olan deputat Zarui Postanjyan polisin hərəkətlərini qanunsuz adlandırıb.

İyulun 17-də səhər bir qrup silahlı Erebunidə polis qərargahına hücum edib. Bir polis polkovniki öldürülüb, 4 nəfər yaralanıb.

«Təsisedici Parlament»in fəalları içində Dağlıq Qarabağ müharibəsinin fəalları var. Bu hərəkat Prezident Serj Sarkisian-ın istefasını tələb edir və hakimiyyətin Qarabağ siyasətini kəskin tənqid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG