Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:16

-

Ermənistan hakimiyyəti paytaxt Yerevanda polis məntəqəsində girov götürmüş bir qrup silahlının tələblərini rədd edib.

Milli Təhlükəsizlik Xidmətinin (NSS) rəsmiləri qrupa xəbərdarlıq edib ki, təhlükəsizlik qüvvələrinə təslim olsunlar.

İyulun 17-də səhər bir qrup silahlı Erebunidə polis qərargahına hücum edib. Bir polis polkovniki öldürülüb, 4 nəfər yaralanıb.

Silahlılar «Təsisedici Parlament» adlı müxalif qrupunun üzvləridir. Qrup bəyanat yayaraq, ötən ay hakimiyyəti zorla devirməkdə təqsirləndirilərək həbs olunmuş liderləri Zhirayr Sefilyan-ın azadlığa buraxılmasını tələb edib.

Silahlılarla iyulun 17-dən 18-nə keçən gecə aparılmış danışıqlar nəticəsiz qalıb.

Qrup “Facebook” sosial şəbəkəsində video yerləşdirərək vətəndaşları hökumətə qarşı küçələrə çıxmağa çağırıb, amma əhalidən onlara elə bir reaksiya gəlməyib.
Polis ərazini mühasirəyə alıb, zirehli maşınlar polis məntəqəsinə gedən yolu bağlayıb.

Prezident Serzh Sarkisian təhlükəsizlik rəsmiləriylə məsləhətləşmələr aparıb. Prezident idarəsindən verilən məlumata görə, ona durumun tam nəzarətdə olduğunu deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG