Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:11

Səudiyyə Olimpiadaya qadınları göndərir


Səudiyyəli atlet Wodjan Ali Seraj Abdulrahim Shahrkhani (solda) atasıyla, 2012-ci il

Səudiyyəli atlet Wodjan Ali Seraj Abdulrahim Shahrkhani (solda) atasıyla, 2012-ci il

-

Səudiyyənin Olimpiya Komitəsi Rio de Janeyroda keçiriləcək Yay Olimpiya oyunlarına 4 qadın atlet göndərilməsini təsdiqləyib.

Artıq ikinci dəfədir ki, Səudiyyə qadınları Olimpiadaya qatılır.

Həmin atletlər Sara al-Attar, Lubna al-Omair, Cariman Abu al-Jadail və Wujud Fahmi-dir. Onlar yüngül atletika, qılıncoynatma və cüdo üzrə yarışacaq.

2012-ci il London olimpiadasında 2 səudiyyəli qadın iştirak etmişdi.

Səudiyyə Ərəbistanından qadınların idmanla məşğul olmasına əsas əngəl onların idmanda da sərt geyim kodeksinə əməl etməsi, başdan-ayağa qapanmasıdır.

Bu ölkədə qadınlar üçün gimnaziyalara da az rast gəlinir. Amma hökumət bu yaxınlarda elan edib ki, qadınlardan ötrü “idman zalları”na lisenziya məsələsi 2020-ci ilədək qarşıya qoyulmuş bir hədəfdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG