Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 22:35

-

İraqın nüfuzlu şiə ruhanisi Muqtada al-Sadr İraqa ekstremist İslam Dövləti (İŞİD) yaraqlıları ilə savaşa gələn ABŞ əsgərlərini hədəfə almaqla hədələyib.

O, rəsmi vebsaytında bildirib ki, tezliklə İraqa göndəriləcək 560 Amerika əsgəri “bizim hədəfimizdir”. Həmin əsgərlər ölkənin şimalındakı Mosul şəhərini almağa kömək məqsədilə göndərilir.

Sadr-ın Mehdi ordusu 2003-c ildə ABŞ əsgərləri ilə savaşıb. Mehdi ordusu 2008-ci ildə Sülh Briqadasıyla əvəzlənib. Bu briqada 2014-cü ildə İŞİD qüvvələrinin Bağdad yaxınlığında geri oturdulmasında İraqın hökumət qüvvələrinə kömək edib.

Sadr həmçinin hökumətə qarşı etirazlara rəhbərlik edir. Tərəfdarları bu il hökumətin yerləşdiyi Yaşıl Zona adlanan əraziyə iki dəfə hücum edib.

ABŞ-ın müdafiə naziri Ash Carter iyulun 11-də İraqa yeni əsgərlər göndəriləcəyini elan edib. Onlar növbəti həftələrdə gələcəklər və bununla da İraqdakı ABŞ qüvvələrinin sayı 4 min 650-yə çatacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG