Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:59

Tərtərdə partlamış hərbi sursatın qalıqları tapılıb


Cəbhə bölgəsi, mərmi düşmüş ev
Cəbhə bölgəsi, mərmi düşmüş ev

İyulun 17-də Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər rayonunun Qaynaq kəndində əkin sahəsində 3 partlayış yerinə baxış keçirib. Baxış zamanı partlamış hərbi sursat qalıqları aşkar edilərək götürülüb. 8500 kvadratmetr ərazi yoxlanılıb.

«Report»un məlumatına görə, bu barədə ANAM-nın hesabatında deyilir.

Buna da bax: Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

Ümumilikdə aprelin 7-dən iyulun 17-ə qədər ANAMA 622 ev və həyətyanı sahədə, iki hərbi hissəyə, kənd qəbiristanlığına, beş kənd orta məktəbinə, bir tibb məntəqəsinə, anbar, ferma, əkin sahələri və çaxır zavodu ərazisinə baxış keçirilib. 1591 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

XS
SM
MD
LG