Türkiyədə hərbi çevrilişə cəhdə görə 6 minə yaxın şəxs həbs olunub. Bu rəqəm artacaq.
Bunu iyulun 17-də ədliyyə naziri Bekir Bozdağ deyib.
Həbs olunanlar arasında 50-dən çox yüksək rütbəli hərbçi, 400-dən artıq prokurorluq əməkdaşları və hakimlər də var. 3000-ə yaxın hakim isə işdən çıxarılıb.
Buna da bax: Daha iki general həbs edildi [foto] [video]
İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Toqquşmalar nəticəsində polislər, əsgərlər və dinc şəxslər daxil olmaqla 200-dən çox adam həlak olub. 1000-dən çox yaralı var.
Buna da bax: Türkiyədə çevriliş cəhdi necə başladı
Çevrilişə cəhddən sonra bütün Türkiyə boyu kütləvi həbslər başlayıb.