Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:23

'Beş yaşım olanda atam məni dizinin üstündə otuzdurdu...'


Azərbaycanda qadın zorakılığı qurbanı (arxiv fotosu)
Azərbaycanda qadın zorakılığı qurbanı (arxiv fotosu)

Seksual zorakılığa məruz qalan qadınların sosial şəbəkələrdə «Mən danışmaqdan qorxmuram» haştağı altında öz hekayələrini bölüşməyə çağrılması Rusiya dini dairələrində narazılıq yaradıb.

Bir neçə gün qabaq Rusiya Ortodoksal Kilsənin sözçüsü rusiyalıları bu təşəbbüsə qoşulmamağa, belə məsələləri açıb-ağartmamağa, ehtiyac varsa kilsədə təsəlli tapmağa çağırıb.

Kilsə bu barədə susmağı istəyir

Sözçü Dmitry Roshchin deyib ki, kilsə təkcə allaha dua etmək yeri deyil, həm də insan həyatı ilə bağlı suallara cavab tapılmasının mümkün olduğu məkandır.

Buna da bax: Ana: «Uşağımı bağçada döyüb bu günə salıblar» [video]

Haştağı iyulun 5-də ukraynalı jurnalist və ictimai fəal Anastasia Melnychenko yaradıb. O gündən bəri minlərlə Rusiyadan, Ukraynadan və başqa ölkələrdən olan qadınlar öz hekayələrini paylaşıblar.

Melnychenko AzadlıqRadiosu-nun rus xidmətinə deyib ki, onun məqsədi seksual zorakılığın qurbanı olan qadınlara qarşı ictimai baxışı dəyişmək, qurbanları günahlandırmaqdan çəkindirməkdir. O, bu addımın daha geniş yayılacağına ümid edir.

Buna da bax: Aytacın qətli, Azərbaycan və Fransa qanunları [infoqrafika]

Kişilərin reaksiyası

Qadınların paylaşdığı hekayələrə kişilər dərhal cavab verib.

Məsələn, İvan Sipko adlı Facebook istifadəçisi yazır: «Mənim iki qızım var və oxuduqlarımdan şokdayam. Mən sadəcə bunları bilmirdim, indi onlar üçün qorxuram».

Ukraynadan Ruslan Smeshchuk yazır ki, o, bu «taq»ı bəyənəndə bilmirdi ki, qadınlar belə gender zorakılığı ilə üzləşirlər: «Həyatın müxtəlif qaranlıq tərəflərini görməyimə baxmayaraq, bu qədərini bilmirdim. Bu layihənin çox faydalı olacağını düşünürəm».

Qadın zorakılığı (arxiv fotosu)
Qadın zorakılığı (arxiv fotosu)

Ancaq bu şərhlərin arasında aqressiv postlara da rast gəlinir: «Facebook-da bu barədə danışmağın mənası nədir? Bu fərziyyələr səni xoşbəxtmi edir?», Jaroslav Francisko adlı istifadəçi yazır.

Nikolay Markov qeyd edir ki, bu barədə oxumağa və danışmağa ehtiyac yoxdur.

Hakimiyyətə yaxın medianın təpkisi

Hakimiyyətə yaxın olan media da bu ideyaya kəskin reaksiya verib. RİA Novosti bununla bağlı hazırladığı məqaləni «Qadınlar kişilərə nifrət edirlər və bu barədə açıq danışırlar».

Buna da bax: İsrail «Pokemon Go»ya qadağa qoyur

«Vzqlayd» qəzetində çıxan məqalədə layihənin Ukraynadan idarə olunduğuna işarə edilərək qeyd olunur ki, «allaha şükür, rusiyalıların çoxu bunun hardan gəldiyini anlayır» və nə qadınların, nə də kişilərin dərdini çəkən bu manipulyuasiyanın tələsinə düşmürlər.

«Mən şəhərimizdəki tanınmış fotoqrafla tanış oldum. O, gənc və yaraşıqlı qızları maraqlı söhbətləri ilə özünə cəlb edirdi...» (Shutterstock)
«Mən şəhərimizdəki tanınmış fotoqrafla tanış oldum. O, gənc və yaraşıqlı qızları maraqlı söhbətləri ilə özünə cəlb edirdi...» (Shutterstock)

«Cəmiyyət iki yerə ayrıldı»

«Forbes»in Rusiya variantında jurnalist Sergei Medvedevan yazır ki, bu layihə iki «cəhənnəmi» göstərdi: biri qadınların ağrıları, qorxu, başa düşülməmələridir, ikincisi şərhlərdəki sinizimdir», müəllif qeyd edir: «Cəmiyyət qadın ya kişiyə bölünmədi, heç törədənlər və qurbanlara da bölünmədi. Bu layihə fonunda cəmiyyət bunu sosial münasibətlərdə norma kimi qarşılayan və bunu rədd edən və əleyhinə danışmağa hazır olanlara bölündü».

Qadınların hekayələrindən

«Beş yaşım olanda atam məni dizinin üstündə otuzdurdu. Qulağımı yaladı, əlini alt paltarıma saldı. Mən ağladım, xahiş etdim ki, məni buraxsın. O dedi ki, bu mənim xoşuma gələcək. Sadəcə, bu barədə anaya danışmaq lazım deyil söylədi».

«10-11 yaşım olanda məşqdən qayıdırdım. Sərxoş bir kişi mənə təcavüz etmək istədi. Bir az böyüyəndə başa düşdüm ki, nə baş verə bilərdi. O vaxt isə sadəcə, qarşımda vəhşi mənzərə vardı: aşağı salınmış şalvar, böyürtü və spirtli içki qoxusu. Əlindən dartınıb çıxmağı, qaçmağı bacardım».

Buna da bax: Qadın və uşağı döymək adəti dindən gəlir?

«Mən şəhərimizdəki tanınmış fotoqrafla tanış oldum. O, gənc və yaraşıqlı qızları maraqlı söhbətləri ilə özünə cəlb edirdi, onların etibarını qazanır, sonra da zorlayırdı. Bu baş verəndə mənim 13 yaşım vardı»...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG