Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:32

Yerevan: Polis idarəsini basanlarla danışıqlar davam etdirilir [yenilənir]


İyulun 17-i səhər Yerevanda bir qrup müxalif silahlı şəxs Erebuni rayon polis idarəsinə hücum edib. Silahlılar polis idarəsini ələ keçirib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, silahlı şəxslər içəridə bir neçə polisi girov götürüblər. Onların dinc yolla azadlığa buraxılması üçün silahlılarla danışıqlar aparılır.

«Təsisedici Parlament» adlı müxalif qrup bəyanat yayaraq, ötən ay hakimiyyəti zorla devirməkdə təqsirləndirilərək həbs olunmuş liderləri Zhirayr Sefilyan-ın azadlığa buraxılmasını tələb edib.

Buna da bax: Türkiyədə çevriliş cəhdi necə başladı

Qrupun sözçüsü Varuzhan Avetisyan da qiyama qalxdıqlarını bəyan edib. O, hakimiyyəti devirəcəklərini və siyasi məhbusları azad edəcəklərini bildirib.

Polis ərazini mühasirəyə alıb

Məşhur müxalifətçi deputat Nikol Pashinyan polis idarəsinə baş çəkərək oranı zəbt edənlərlə söhbət edə bilib. Yenicə yaradılmış Vətəndaş Razılığı adlı partiyanın lideri olan Pashinyan hücum edənlərdən birinin başından ağır yaralı olduğunu, özünü pis hiss edən polisin buraxıldığını söyləyib.

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

Təsisedici Parlament hərəkatı prezident Serzh Sarkisian-ın istefası tələbi ilə tez-tez Yerevanda etiraz aksiyaları keçirməsi ilə tanınır.

Qrup Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güzəştli mövqe tutduğunu iddia edərək hakimiyyəti kəskin tənqid edir.

Buna da bax: Bu gün qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun doğum günüdür

Bir polis ölüb, ikisi yaralanıb

Son məlumatlara görə hücum nəticəsində bir nəfər polis ölüb. İki nəfər yaralanıb.

Bu haqda Ermənistan Millli Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.

Məlumatda xüsusi əməliyyat nəticəsində girov götürülmüş iki nəfərin azad olunduğu da bildirilir.

Ermənistan MTN bildirir ki, hüquq mühafizə orqanları vəziyyətə nəzarət edir.

Basqınçılarla danışıqlar davam edir

Polis rəisinin müavini Unan Poqosyan polis idarəsini zəbt etmiş «Təsisedici Parlament» qrupunun nümayəndələri ilə danışıqlar aparıldığını bildirib.

Bununla yanaşı, o deyib ki, silahlıları zərərsizləşdirmək üçün hüquq mühafizə orqanlarında kifayət qədər qüvvə və imkan var.

Poqosyanın sözlərinə görə, avtomat və tapançalarla silahlanmış bir qrup şəxs post patrul polkunun binasına hücum edərək, orada 7 polisi, o cümlədən polis rəisinin müavinini girov götürüb.

Onun dediyinə görə, hücum zamanı polis polkovniki Artur Vanoyan həlak olub, bir neçə digər yüksək rütbəli polis yaralanıb.

«Əgər danışıqlar nəticə verməsə, bizim onları zərərsizləşdirmək imkanımız var. Çünki qatillərlə başqa cür davranmaq olmaz», - deyə Poqosyan bildirib.

Silahlıların liderləri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG