Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 20:58

-

Rusiyanın Federal Təhlükəsizlik Xidməti özünün Moskva küçələrində bahalı maşınlarda şütümüş məzunlarını cəzalandıracaq.

RFTX-nin açıqlamasında deyilir ki, bahalı maşınlarla «yarışa çıxıb» sonradan bunu çəkib sosial şəbəkələrdə yayanlar necə lazımdırsa dərsini alacaq. Açıqlamada cəzanın təfərrüatları barədə məlumat verilmir.

Buna da bax: "Litvinenkonu, güman ki, Putinin göstərişi ilə zəhərləyiblər"

Təkcə o bildirilir ki, Federal Təhlükəsizlik Xidməti Akademiyasının bir qrup məzunu ali məktəbin buraxılış tədbirində özlərini təvazökarlıqdan uzaq aparmaqla Xidmətin etik və peşəkar davranış qaydalarını pozub.

Bu ayın əvvəlində sosial şəbəkələrdə, o cümlədən YouTube videopaylaşım saytında böyük səs-küy doğuran bir video yayılıb.

Buna da bax: Daha iki general həbs edildi [foto] [video]

«Mercedes-Benz Gelandewagen»lərlə Moskva küçələrində

Videoda Federal Təhlükəsizlik Xidməti Akademiyasının məzunları son model «Mercedes-Benz Gelandewagen» markalı avtomobillərdə kortej halında Moskva küçələrində şütüyərək buraxılış gününü qeyd edirlər. Videoda mütəmadi olaraq yol hərəkəti qaydalarını pozan 30-a yaxın Gelandewagen görünür. Gələcək peşəkar fəaliyyətləri üçün kimliklərini gizli saxlamalı olduqları halda, bu gənclərin bəziləri böyük həvəslə kameraya görüntü verir və əl sallayırlar.

Buna da bax: FSB məzunlarının paradı

Sonradan məlum olub ki, gələcək FSB-çilər maşınları 2-3 saatlığına kirayəyə götürüblər və şəhərin mərkəzində yüksək sürətlə yol hərəkəti qaydalarını pozublar. Sosial şəbəkə istifadəçiləri «avtoşları» tənqid atəşinə tutublar. Ölkənin təhlükəsizliyinin etibar olunacağı şəxslərin bu addımından qəzəbləniblər.

Buna da bax: İsrail «Pokemon Go»ya qadağa qoyur

Başqa bir görüntüdə məzunların Moskva Dövlət Universitetinin fonunda qrup fotoşəkli çəkdirdikləri görünür. Bu universitetin qarşısı ixtisasından asılı olmayaq bütün məzunlar üçün qrup şəkli üçün ən sevimli yer sayılır.

Qısaca olaraq FSB kimi tanınan Federal Təhlükəsizlik Xidməti yaydığı açıqlamada bildirir ki, uzun illər ərzində ilk dəfədir ki, xidmətdən kənar tədbirdə dinləyicilər ictimaiyyətin diqqətini cəlb edən hərəkətlərə yol veriblər. Onların avtomobil icarəyə verən bir firmadan kirayə götürdükləri komfortlu avtomobillərdə nümayiş etdirdikləri qeyri-təvazökar davranış haqlı olaraq vətəndaşların böyük hiddətinə və Xidmətin hərbi kollektivlərində kəskin tənqidə səbəb olub.

Buna da bax: İşığın bahalaşması kimə daha çox ziyan vuracaq [video]

«Təqsirkar şəxslər barəsində onların xidmət şərtlərinin dəyişdirilməsinə dair, fərdi qaydada, prinsipial qərarlar qəbul olunub. Akademiyanın rəhbər heyətinə münasibətdə ciddi intizam tənbehi tədbirləri görülüb. Bəziləri daha aşağı vəzifələrə keçirilib, bəzilərinin isə ümumiyyətlə işdən azad edilməsi üçün təqdimat yazılacaq», -- Xidmətin yaydığı açıqlamada belə deyilir.

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

KQB-nin varisi bahalı maşınlardan uzaqdır?

SSSR-dəki KQB-nin varisi olan FSB onu da qeyd edib ki, vəziyyəti bilərəkdən daha da qızışdırmaq üçün bu hadisə ilə bağlı İnternetdə çoxsaylı saxta videolar və başqa görüntülər də yayılır.

Açıqlamada deyilir ki, həmin məlumatlar da detallı şəkildə araşdırılacaq.

Buna da bax: Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

Bloqqerlər FSB Akademiyası məzunlarını LUKOİL-un vitse-prezidentinin oğlu Ruslan Şamsuarov və onun harınlamış dostları ilə müqayisə edirlər. Gələcəkdə hüquq mühafizə orqanlarında işləməli olan bu gənclər də bir müddət öncə Mercedes-Benz Gelandewagen-də yol hərəkəti qaydalarını pozmaqla yol polisindən necə qaçdıqlarını lentə almışdı. Sonradan bu görüntülər İnternetdə yayılmışdı.

Qocalar etiraz edir

Bu hadisə də cəmiyyətdə böyük rezonans doğurmuşdu. Hüquq mühafizə orqanları polisdən gizlənən və ifadə verməyə gəlməyən vitse-prezidentin oğlunu yaxalamışdı. Məhkəmənin qərarı ilə ona 15 sutkalıq inzibati həbs cəzası verilmişdi.

Buna da bax: Türkiyədə çevriliş cəhdi necə başladı

Hər iki hadisə xüsusi xidmət orqanlarının sovet veteranları arasında xüsusi etiraza səbəb olub. Onların fikrincə, ölkənin təhlükəsizliyini bu cür insanlara həvalə etmək olmaz. Qocalar hesab edir ki, belə kadrlar yetişdirildikcə, xaricə qaçan və ya məxfi informasiyaları nəyinsə qarşılığında düşmənə satan əməkdaşların sayı heç vaxt azalmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG