Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:24

T.Bağırzadənin müavininin həbs müddəti uzadıldı


Foto arxiv
Foto arxiv

Nəsimi Rayon Məhkəməsi dövlət qeydiyyatı olmayan «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımovun həbs müddətini artırıb.

Bu haqda onun vəkili Elnur Nəbiyev məlumat verib.

«Report»un xəbərinə görə, istintaq qurumu ilahiyyatçı barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimat göndərib. Məhkəmə təqdimatı əsaslı hesab edərək, həbs müddətini üç aylığa artırıb.

Vəkil qərardan şikayət veriləcəyini bildirib.

«Müsəlman Birliyi» Hərəkatına ilahiyyatçı Taleh Bağırzadə rəhbərlik edir. İlahiyyatçı ötən il noyabrının 26-da Nardaran qəsəbəsində güc orqanlarının keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. Həmin vaxt iki polis olmaqla, yeddi nəfər həlak olmuşdu.

T.Bağırzadənin müavini E.Qasımov isə ondan əvvəl - noyabrın 5-də tutulmuşdu. Onun Sabunçu polisində saxlanması dindarların etirazına səbəb olmuşdu, aksiya keçirmişdilər.

Əvvəlcə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamağa görə 30 sutka inzibati məsuliyyətə cəlb edilən E.Qasımov barəsində daha sonra həbs-qətimkan tədbiri seçilmişdi. O, xuliqanlıqda, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunur. Ona qarşı əlavə ittihamların irəli sürüldüyü bildirilir.

XS
SM
MD
LG