Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 19:28

«Vergilər Nazirliyinin xətti ilə 2016-ci ilin birinci yarımilliyində dövlət büdcəsinə 3 milyard 190.1 milyon manat vəsait toplanıb. Həmin məbləğin cəmi 275 milyon manatı regionlardan vergi daxilolmalarının payına düşür».

Vergilər Nazirliyində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan kollegiya toplantısında nazir Fazil Məmmədov belə deyib.

Bu haqda nazirliyin mətbuat xidməti məlumat verir.

Nazir yarımildə vergi daxilolmalarından razılıq edib. O deyib ki, cari ilin birinci yarımilliyində 3 milyard manatdan çox vəsait toplanmaqla proqnoza 102 faiz əməl edilib.

QEYRİ-NEFT SEKTORU...

F.Məmmədovun deməsinə görə, vergilərin təxminən 30 faizi - 929 milyon manatıdövlət sektorundan, 70 faizi -2 milyard 261.1 milyon manatı qeyri-dövlət sektorundan toplanıb.

Nazir qeyri-neft sektoru üzrə vergi daxilolmalarında artımın olduğunu bildirib. Onun sözlərinə görə, bu sektordan dövlət büdcəsinə təxminən 2 milyard yarım manat daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur.

VERGİ YOXLAMALARI AZALIB

Biznes mühitinin yaxşılaşdırılmasından danışan nazir vergi yoxlamalarının sayında ciddi azalmanın olduğunu söyləyib. O deyib ki, ilin ilk 6 ayında vergi nəzarəti tədbirlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 dəfə, səyyar vergi yoxlamalarının sayı 2 dəfə, kameral vergi yoxlamalarının sayı 2.6 dəfə, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 7.4 dəfə azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG