Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

Prezident İlham Əliyev Türkiyə prezidenti Recep Tayyip Erdoğan-a məktub göndərib.

«Ötən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı hadisələri böyük narahatlıqla və üzülərək izlədim. Bu, bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətdir», - məktubda deyilir.

İ.Əliyev Azərbaycanın həmişə Türk xalqının və dövlətinin yanında olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan xalqı və dövlətinin Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş «bu cinayəti qətiyyətlə pislədiyini» bildirib və «qəbuledilməz»adlandırıb.

O, qonşu ölkədə vəziyyətin qısa zamanda sabitləşəcəyinə əmin olduğunu bildirib.

Ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 161 nəfərin həlak olduğu bildirilir. 1500-dən çox yaralı var.

Asayiş bərpa edilir, qiyamçı generallar həbs olunur

Günün bütün mövzuları

XS
SM
MD
LG