Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:01

Bağdadın mərkəzində minlərlə insan nümayişləri davam etdirir.

Şiə dini lideri Moqtada al-Sadr-ın tərəfdarlarından ibarət olan etirazçılar hökumətdən islahatları və korrupsiyaya qarşı mübarizəni sürətləndirməyi tələb edirlər.

Onlar baş nazir Haider al-Abadi-yə hiddətləniblər.

Abadi bir neçə ay bundan əvvəl hökumətin tərkibində dəyişikliklər etməyə söz vermişdi. Etirazçılar baş naziri hələ də vədinə əməl etməməkdə qınayır.

İyulun 3-də 292 nəfərin ölümü ilə nəticələnən terror aktından bu yana Bağdadda vəziyyət durmadan gərginləşir.

Hökumət bildirib ki, etiraz aksiyaları icazəsizdir və dayandırılmadığı təqdirdə onlarla terrorçu kimi davranılacaq.

Bir müddət aralarında Moqtada al-Sadr-ın özünün də göründüyü etirazçılar prezident, baş nazir və parlament sədrinin istefalarını, qanunverici orqanın sessiyalarının televiziya ilə yayımlanmasını və korrupsiyaya qurşanmış rəsmilərin mühakiməsini tələb edirlər.

XS
SM
MD
LG