Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 11:01

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qətlə yetirilmiş komandanı Rail Rzayevin köməkçisi Aydın Rəfiyev cəzasının çəkilməmiş hissəsindən azad edilib. Qaradağ Rayon Məhkəməsi onu şərti cəzayla azad edib.

Xəbəri «Report» yayıb

Qərardan narazı qalan Bakı şəhər Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Rauf Əsgərov apellyasiya protesti verib. İyulun 18-də bununla bağlı Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclası keçiriləcək.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı Rail Rzayev 2009-cu il fevralın 11-də, evinin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib.

İttihama aktına əsasən, R.Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev 2009-cu il fevralın 11-də, R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edib. Oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, Anar Haşımov isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG