Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:45

YAP: 'Türkiyə xalqı və dövlətinin yanındayıq'


Siyavuş Novruzov
Siyavuş Novruzov

«Azərbaycan xalqı, siyasi qüvvələri Türkiyə dövlətinin və türk xalqının yanındadır». Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov «Report»a belə deyib.

S.Novruzov hərbi çevrilişə cəhdin yolverilməz olduğunu bildirib. O qeyd edib ki, Türkiyə Azərbaycana qardaş dövlətdir: «Orada baş verənlər bizi narahat edir. Türkiyədəki hadisələr Azərbaycanda diqqət mərkəzindədir».

YAP rəsmisi əlavə edib ki, baş verənlərin səbəblərini və bunda günahı olanları istintaq orqanları araşdırıb ortaya çıxarmalıdır: «Türkiyə tarixində bir neçə dəfə belə hadisələr olub. Artıq zaman dəyişib. Yəni hər bir xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Türkiyədə seçki olub, xalq öz seçimini edib, hakimiyyət formalaşıb. Heç bir ölkədə, o cümlədən Türkiyədə hakimiyyətin zorla dəyişdirilməsi yolverilməzdir».

İyulun 15-də axşam saatlarında bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib. Toqquşmalarda onlarla insan ölüb, yüzlərlə insan yaralanıb. 1500-dən çox çevriliş tərəfdarı saxlanılıb.

XS
SM
MD
LG