Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:02

Fransada 3 günlük matəm elan edilib.

İyulun 14-də Nitsa şəhərində törədilən hücumda azı 84 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

Fransa hakimiyyəti bulvarda yük maşını ilə dinc sakinlərə hücum edən şəxsin əslən Tunisdən olan 31 yaşlı Fransa vətəndaşı Mohamed Lahouaiej Bouhlel olduğunu bəyan edib.

O, 25 tonluq yük maşınını Bastiliya qalasının alınmasını qeyd edən izdihamın üzərinə sürüb.

Polis onu güllələyib.

Onun radikal baxışlı və ya ekstremist təşkilatlarla əlbir olmasına heç bir sübut aşkar edilməyib.

Fransa hakimiyyəti bunun terror aktı olduğunu bəyan edib.

Yaralılardan çoxu ağır vəziyyətdədir.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG