Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:00

Kanadanın “Bombardier” şirkəti Farnboroda CS100 markalı yeni təyyarəsini nümayiş etdirib.

O əvvəlki modeldən oturacaqların genişliyi və yük yerinin tutumuna görə fərqlənir.

Şirkətin prezidenti Fred Kroumer deyir ki, konstruktorlar əsasən sərnişinlərin rahatlığını nəzərə alıblar: “Biz məhz bazarın tələbini nəzərə almışıq və sərnişinlərə biraz artıq rahatlıq təklif eləmişik. Bu təkcə oturacaqlara yox, həm də pəncərə və aradakı cərgələrə aiddir. Sərnişinlər xidmət vaxtı yemək paylayan arabaları rahatca keçə bilirlər”.

Rusiyanın “Suxoy” şirkəti isə “SportsJet” təyyarəsini nümayiş etdirib. “Mülki Suxoy təyyarələri” nin 1-ci vitse-prezidenti Yevgeniy Andraçnikov deyir ki, bu təyyarə tibbi avadanlıqlarla təhciz olunub və peşəkar idman komandalarının daşınması üçün nəzərdə tutulur:

“İdman komandalarının sahibləri oyunçulara milyonlarla dollar xərcləyir və onlardan yaxşı nəticələr gözləyir. İdmançılar vaxtlarının 50 faizini səfərdə keçirdiklərindən, onlar dincəlmək, bərpa olmaq və biometrlik göstəricilərini analiz edə bilməlidirlər”.

Coxməqsədli F-35 qırıcı təyyarəsinin 5-ci nəsli isə şouya 2 illik gecikmə ilə gəlib.

Bu 100 milyonluq təyyarə Pentaqonun silah proqramında ən bahalı və güclü hərbi maşındır.

Prat and Vitniy ( Pratt & Whitney) şirkətinin rəhbərlərindən biri Mark Buoncorno deyir ki, Britaniyanın təyyarədaşıyan gəmiləri üçün nəzərdə tutulan bu variant F-135 mühərriklərinin hesabına qısa üçüş və şaquli eniş edə bilir”: “ Qarşınızda səsdən itiliyi artıran və onu görünməz edən mühərrik dayanır.O həmçinin səmaya qalxanda qısa qaçış və şaquli enişə imkan yaradır”.

2013-cü ilədəkABŞ, Britaniya, Türkiyə, İsrail, Avstraliya, Yaponiya və digər ölkələrin hərbi hava və hərbi dəniz qüvvələri 3 min F-35 təyyarəsi alacaq.

XS
SM
MD
LG