Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:18

39 faiz Türkiyə ilə turizmin bərpasını səhv sayır


 Recep Tayyip Erdogan və Vladimir Putin

Recep Tayyip Erdogan və Vladimir Putin

Rusiya sakinlərinin 60 faizi hesab edir ki, hakimiyyət Türkiyəyə yaxınlaşmaqda tələsməməlidir.

Ankara ilə münasibətlərin bərpasını əhalinin 27 faizi dəstəkləyir.

“Kommersant”ın məlumatına görə, bu barədə “ İctimai rəy “ fondunun keçirdiyi sorğuda bildirilir.

Rəyi soruşulanların 42 faizi Türkiyə ilə turizmin bərpasını düzgün, 39 faizi isə səhv sayır.

Ərzaq embarqosunun ləğvini isə 41 faiz düz, 35 faiz isə səhv hesab edir.

Onu da qeyd edək ki, rəyi soruşulanların yarısı heç vaxt Türkəyədə olmayıb.

Türkiyə ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsini vurduqdan sonra Moskva ona qarşı bir sıra sanksiyalar tətbiq edib.

Türkiyə prezidenti Racep Tayyip Erdogan bu günlərdə həmin insident zamanı həlak olan pilotun ailəsindən üzr istədikdən sonra, Moskva bir sıra qadağaları ləğv edib

XS
SM
MD
LG