Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 17:48

Avropa Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkündə Azərbaycanın "Qarabağ" klubunun potensial rəqibi bəlli olub.

Belə ki, “Qarabağ” - "Düdelanj" cütünün qalibi, III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.

İlk oyun səfərdə olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 26-27 və avqustun 2-3-də olacaq.

“Qarabağ” Bakıda keçirilən görüşdə "Düdelanj"a 2:0 hesabı ilə qalib gəldiyindən cütün favoriti hesab olunur.

XS
SM
MD
LG