Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 21:12

Nitsada hücumu əslən Tunisdən olan 31 yaşlı şəhər sakini törədib


Nitsada terror aktı

Nitsada terror aktı

Fransa hakimiyyəti Nitsa şəhərində yük maşını ilə dinc sakinlərə hücum edənin əslən Tunisdən olan 31 yaşlı fransalı olduğunu bəyan edib.

Polis hələlik onun adını açıqlamayıb.

Amma yerli “Nice-Matin” qəzeti onun Mohamed Lahouaiej Bouhlel olduğunu yazır.

Onun Nitsa sakini olduğu bildirilir.

Qeyd edək ki, terrorçu iyulun 14-də 25 tonluq yük maşınını Bastiliya qalasının alınmasını qeyd edən izdihamın üzərinə sürüb.

Nəticədə azı 84 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Polis hücum edəni güllələyib.

Fransa hakimiyyəti bunun terror aktı olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG