Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 17:38

►Nazirliyin fikrincə, köhnə yaxşı ənənənin bərpa edilməsi hər zaman xoş ovqat yaradır

Bakının mərkəzində Fəvvarələr meydanının yaxınlığında, el arasında "Torqovı" adlanan bu küçədə (Nizami küçəsi 73) açıq havada rəssamların əsərlərindən ibarət satış-sərgi yenidən fəaliyyət göstərməyə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, satış-sərgi yerinin bərpası bu qurumun və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə baş tutub.

Bir vaxtlar “pasaj” kimi tanınan bu məkan nəinki bakılıların, eləcə də xarici qonaqların çox sevdiyi yer olub.

Bu ərazidə ilin bütün fəsillərində suvenirlər, bəzək əşyaları, rəsm əsərləri, müxtəlif dillərdə kitablar satılıb.

Nazirliyin fikrincə, köhnə yaxşı ənənənin bərpa edilməsi hər zaman xoş ovqat yaradır.

Qurulmuş stendlərdə müxtəlif rəssamların əsərləri yer alıb.

Burada köhnə Bakının rəsmləri ilə yanaşı, portret janrında çəkilmiş əsərlər də gözə dəyir.

Xatırladaq ki, bir neçə il öncə bu məkan heç bir səbəb göstərilmədən dağıdılmışdı.

XS
SM
MD
LG