Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:14

Avropa və Asiya ölkələrinin liderləri Fransanın Nitsa şəhərində törədilən hücumu kəskin pisləyiblər.

İyulun 15-də Ulan-Batorda Avropa və Şərqi Asiya ölkələrinin forumu başlayıb.

ASEM -“Asiya-Avropa” sammitinin liderləri terrorçuluqla mübarizədə birləşməyin vacibliyini və Fransa ilə həmrəy olduqlarını bildiriblər.

Terrorçu iyulun 14-də 25 tonluq yük maşınını Bastiliya qalasının alınmasını qeyd edən izdihamın üzərinə sürüb.

Nəticədə azı 84 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Avropa Şurasının sədri Donald Tusk forumu Fransaya başsağlığı verməklə açıbğ: “Bu faciəvi paradoksdur ki, hədəf azadlığı, bərabərliyi və qardaşlığı bayram edən insanlar olub. Bu gün hamımız, Avropa və Asiya, Fransa xalqı və hökuməti ilə ciyin-ciyinədir. Biz bu faciənin arxasında duranları ittiham edir, dəhşətli zorakılıq və nifrətə qarşı birgə mübarizəni davam etdirəcəyik”.

Almaniya kansleri Angela Merkel də forum iştirakçılarının bu ağır gündə Fransa ilə həmrəy olduqlarını deyib: “ Bizim hislərimiz sözsüz onların həyatını qaytarmayacaq. Amma bu günlərdə biz Fransadakı dostlarımız, terrorla mübarizə aparan bütün ölkələrlə həmrəy olmalıyıq. Almaniya bir çoxları ilə birlikdə bu döyüşdə Fransa ilə yanaşı olacaq.Və əminəm ki, bütün çətinliklərə baxmayaraq biz qalib gələcəyik”.

Fransanın forumda iştirak edən xarici işlər naziri dəstəyə görə həmkarlarına təşəkkür bildirib. Jan Mark Eyro bütün ölkələri terrorçuluqla mübarizədə əməkdaşlığı genişləndirməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG