Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 02:02

-

Vəkillər Kollegiyasından uzaqlaşdırılan Əlayif Həsənovun bu quruma qarşı iddiası üzrə məhkəmə yekunlaşıb. İyulun 15-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Elçin Məmmədovun qərarına əsasən, hüquqşünasın iddiası təmin olunmayıb.

Ə.Həsənov AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti verəcək:

"Bu qərar tamamilə əsassız və qanunsuzdu, əminəm ki, sifarişlə verilib. Əslində, mənim Vəkillər Kollegiyasından uzaqlaşdırılmağım çoxdankı plan idi. Bu yolla siyasi məhbusları müdafiə edən, öz sözünü deyən vəkillərin gözünü qorxutmaq istəyirlər. Ona görə də mənə qarşı şər-böhtanla məhkəmə təşkil edib, bu yolla həmin planı gerçəkləşdirdilər".

Hüquqşünas onu da qeyd edib ki, bu işi Avropa Məhkəməsi müstəvisinə çıxaracaq:

"Hüquqlarımın müdafiəsi üçün sonadək mübarizə aparmaqda israrlıyam".

Əlayif Həsənovun məhkum edilməsinə dair hökm əsas gətirilərək, onun kollegiyadan uzaqlaşdırılması barədə qərar qəbul edilib. Həmin hökm Kürdəxanıdakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın iddiası əsasında çıxarılıb. Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətə açıqlamasında əvvəllər də məhkum olunmuş N.Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını, bu qadın tərəfindən döyüldüyünü bildirmişdi. N.Hüseynova buna görə vəkili məhkəməyə verib və Əlayif Həsənov barəsində CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə hökm çıxarılıb.

XS
SM
MD
LG