Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:06

Nitsa sakinləri şəhərdə törədilən terror aktından şoka düşüblər.

Qeyd edək ki, terrorçu iyulun 14-də 25 tonluq yük maşınını Bastiliya qalasının alınmasını qeyd edən izdihamın üzərinə sürüb.

Nəticədə azı 84 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Polis hücum edəni güllələyib.

Şəhər sakinləri dünən baş verən adisədən hələ də özlərinə gəlməyiblər.

Fabris Bryusso adlı sakinin dedikləri: “Mən sadəcə şoka düşmüşəm. Əsil şokdayam. Hay-küy eşitdim, amma belə bir şeyin baş verməsi heç ağlıma belə gəlməzdi. Bu səhər sadəcə özümdə deyiləm”.

Patrisia adlı sakin isə bunları deyir: “ hamımız bilirik ki, belə bir şey istənilən yerdə baş verə bilər. Amma beləsi-bağışlayın mənə çətindir danışmaq”.

Əslən serb olanvə Nitsə işləməyə gələn Milos Koliç isə Fransanın artıq təhlükəsiz yer olmadığını deyi: “ Səhər oyananda nə baş verdiyini bilmək istəyən dostlarımdan çoxlı buraxılmış zənglər gördüm. Sonra isə baş verənlərə baxdım.Fransa artıq təhlükəsiz yer deyil. Mən bura bir-iki ay əvvəl işləmək üçün gəlmişəm. Nitsa kiçik şəhərdir və elə də diqqət cəlb eləmir. Əgər belə bir yer hədəf ola bilirsə, deməli hər şey ola bilər”.

Fransa hakimiyyəti bunu terror aktı adlandırıb.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib. İstintaq gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG