Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:24

«Türkiyəli həmkarımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti ilə bağlı məlumatlandırmışam. Hesab edirik ki, Minsk qrupunun üzvü olan Türkiyəni bu barədə məlumatlandırmalı idik».

APA-nın xəbərinə görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu sözləri Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov Azərbaycanın mövqeyini M.Çavuşoğlu-na çatdırdığını söyləyib: «İnanıram ki, danışıqların intensiv şəkildə davam etdirilməsi nəyəsə nail olmağa imkan verəcək».

Bu il aprelin 2-5-də Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlardan sonra Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar intensivləşib. Belə ki, bu il mayda və iyunda Avstriya və Rusiyada Azərbaycan və Ermənistan prezidentləri görüşüblər.

İlham Əliyev bu yaxınlarda hökumətin iclasında bildirmişdi ki, münaqişənin ən yaxşı həlli mərhələli variantdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG