Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 00:37

-

Bağdadın mərkəzində minlərlə adam hökumət əleyhinə nümayişə çıxıb. Hökumət etirazçıları çağırmışdı ki, yürüşü təxirə salsınlar və hökumət diqqəti yalnız İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı mübarizəyə yönəltsin.

Əsasən nüfuzlu şiə lideri Moqtada al-Sadr-ın tərəfdarları olan etirazçılar hökuməti islahatlar aparmağa, korrupsiyayla mübarizəni gücləndirməyə çağırıblar.

Onlar baş nazir Haider al-Abadi-nin bir neçə ay öncə söz verdiyi kabinet dəyişikliklərini həyata keçirməməsindən qəzəblərini bildiriblər.

Bağdadda iyulun 3-də 292 nəfətin ölümüylə nəticələnmiş hücum törədilib. Hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG